Cümə axşamı , Sentyabr 17 2026
azfa

“Traxtur” klubu Çempionlar Liqasında iştirak edə bilər

GADTB: Cənubi Azərbaycanın “Traxtur” klubunun növbəti mövsümdə Asiya Çempionlar Liqasının Elit mərhələsində iştirakı böyük ölçüdə dəqiqləşib.

Çempionatın yarımçıq qalması və AFC-nin İran Futbol Federasiyasından qitə turnirlərində iştirak edəcək klubların siyahısını təcili şəkildə tələb etməsi vəziyyəti sürətləndirib.

40 gündən çoxdur müharibə şəraiti səbəbindən dayandırılan İran Pro Liqasında Təbriz təmsilçisi hazırkı vəziyyətə əsasən 39 xalla ikinci pillədə qərarlaşıb və bu nəticə ilə turnirə vəsiqəni təmin edib.

Hazırda “İstiqlal” 41 xalla liderdir. “Traxtur” və “Sepahan” isə 39 xalla ikinci və üçüncü pillələri bölüşürlər. İran mediasının məlumatına görə, peşəkar lisenziya əldə etdiyi üçün “Traxtur”un Elit mərhələdə iştirakı demək olar ki, rəsmiləşib.

“Sepahan”ın taleyi isə lisenziyalaşdırma ilə bağlı yekun qərardan sonra müəyyənləşəcək.

Qeyd edək ki, İran Pro Liqasında çempionun və digər yekun nəticələrin dünya çempionatından sonra keçiriləcək qalan oyunlardan sonra müəyyənləşəcəyi gözlənilir.

Beləliklə, İranı Asiya turnirlərində ümumilikdə 3 komanda təmsil edəcək: 2 komanda Asiya Çempionlar Liqasının Elit mərhələsində, 1 komanda isə Asiya Çempionlar Liqası 2-də çıxış edəcək.

Həmçinin yoxlayın

Tramp gələn çərşənbə axşamı Körfəz ölkələrinin liderləri ilə İran İslam Respublikasına qarşı müharibənin növbəti mərhələlərini müzakirə edəcək

GADTB: Axios-un jurnalisti Barak Ravid sentyabrın 17-si, cümə axşamı səhər saatlarında xəbər verib ki, ABŞ …

Ətraf mühit dərnəkləri Kəndivana yeni turizm yolunun çəkilməsinə qarşı çıxıblar

GADTB: Şərqi Azərbaycan Ətraf Mühit Dərnəklərinin Koordinasiya Şurasının üzvləri “Yasşəhr”dən Kəndivan kəndinə yeni turizm yolunun …