Cümə , Yanvar 31 2025
azfa

“Traxtur” klubu “Persepolis” tərəfdarlarının türklərə qarşı irqi təhqirləri ilə bağlı məhkəmə işinə başlayıb

GADTB: “Traxtur” klubu Azadi Stadionunda “Persepolis” tərəfdarlarının türklərə qarşı irqi təhqirləri və digər hadisələrlə bağlı şikayət etməkdədir.

 “Traxtur” klubunun hüquqşünası Səid Məhəmmədpur “Persepolis” tərəfdarlarının türklərə qarşı irqi təhqir etməsi və Azadi stadionunda baş verən digər hadisələrlə bağlı bunları deyib: “Klubun hüquq komandası yerli və beynəlxalq futbol qanunları və qaydaları, xüsusən də təsdiqlər və təlimatlar haqqında tam məlumatlıdır. Tərəfimizdən FİFA tərəfindən verilən ətraflı hüquqi yol xəritəsi hazırlanıb. Baş verən pozuntular təkcə tamaşaçılarla bağlı deyil. Mövcud sənədlərə, FİFA qaydalarına və Futbol Federasiyasının razılığına əsasən, ev sahibi komandanın tamaşaçıları və bir neçə oyunçusu ilə yanaşı, icraçı heyət və hakimlər briqadası da geniş yayılmış intizam və etik pozuntulara yol verib ki, bununla bağlı da “Traxtur” klubunu Futbol Federasiyasının ədliyyə orqanlarına rəsmi şikayət göndərib, Biz Hüquqi tədbir və araşdırma gözləyirik.”

Məhəmmədpur Persopolis komandasının tərəfdarları tərəfindən belə irqçi təhqirlərin əvvəllər də olduğunu, ancaq bu dəfəki təhqirlərin əvvəlkilərə nəzərən daha çox insan tərəfindən səsləndirildiyini bildirib. Onun sözlərinə görə, bu səbəbi bu vaxta qədər görülmüş cəza tədbirlərinin yetərsizliyindən irəli gəlir.

Traxturun hüquqşünası hakimin və matçın təşkilatçılarının fəaliyyətini tənqid edib, onun sözlərinə görə, FİFA-nın qaydalarına əsasən əgər oyun zamanı irqçi şüarlar səsləndirilərsə stadion rəhbərliyi səsucaldıcı vasitəsilə azarkeşləri bu hərəkətlərdən çəkindirməli, bu yetərli olmazsa oyun saxlanılmalıdır. Ancaq Traxtur ilə Persopolisin son oyununda nə azarkeşlərə xəbərdarlıq edildi, nə də oyun saxlanıldı.

Məhəmmədpur sonda deyib: “Traxtur klubu bu işi ciddi şəkildə davam etdirəcək və lazım gələrsə, pozuntularla bağlı tam hesabatı FİFA və AFC-yə təqdim edəcək”.

Həmçinin yoxlayın

Dr. Mehdi Zare: Urmiya gölünün quruması ilə Azərbaycanda baş verən zəlzələlər arasında əlaqə var

GADTB: İranda Zəlzələləri Proqnozlaşdırma Mərkəzinin rəhbəri Urmiya gölü ərazisində baş verən zəlzələlər haqqında deyib: Görünür, …

Rus alimdən etiraf: Erməniləri indiki Ermənistana Rusiya köçürüb

GADTB: Erməniləri indiki Ermənistanın ərazilərinə Rusiya İran və başqa yerlərdən köçürüb. Bunu Rusiya hökuməti yanında …