Bazar , Oktyabr 18 2026
azfa

Traxtur klubunun son yarışın hakimlərinə qarşı etiraz məktubu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur klubu avqustun 26-da Xuzistanın Fulad komandası arasında keçirilmiş oyunun hakimlərinə etirazla bağlı məktub ünvanlayır.

Bu barədə klubun icraçı direktoru Əyyub Behtac açıqlamada verib.

Əyyub Behtac oyunda hakimin yanlış qərarları barədə topladıqları sənədləri etiraz məktubu ilə birgə İran Futbol Federasiyasına göndərəcəklərini deyib.

İranın birinci futbol liqasının üçüncü həftəsinin oyunları çərçivəsində avqustun 26-da yerli vaxtla axşam saat 21:00-da Əhvazda baş tutan yarışda Traxtur Xuzistanın Fulad klubuna 3:2 hesabı ilə məğlub olub. Həmin yarışda Xuzistan komandasının iki qolu penaltidən vurulub.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …