Çərşənbə , Oktyabr 14 2026
azfa

“Traxtur” komandası növbəti dəfə qələbə qazandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın “Traxtur” futbol komandası İran çempionatında növbəti dəfə qələbə qazandı.

Güney Azərbaycan təmsilçisi 12-ci turda səfərdə Gilan əyalətinin Ənzəli şəhərinin “Mələvan” klubu üz-üzə gəlib.

Dekabrın 16-ı günortadan sonra Ənzəli şəhərinin “Sirus Qayiqran” stadionunda keçirilən qarşılaşmada “Traxtur” 2:0 hesablı qələbə qazanıb.

Bununlada xallarını 28-ə çatdıran “Traxtur” çempionatın reytinq cədvəlində liderliyini qoruyub saxlaya bilib. “Sepehan” 27 xalla 2-ci, “Perspolis” 23 xalla 3-cüdür.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …