Çərşənbə , İyul 8 2026
azfa

Sayın Mikayil bəy Oyta Sidneydə şəhid edilən Türkiyə diplomatlarının anım tədbirinə qatılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Sidneydə şəhid edilən Türkiyə diplomatları – Türkiyənin Baş Konsulu Şarık Arıyak və Ataşe Engin Severin anım tədbirinə qatılıb.

Tədbir Türkiyənin Sidney şəhərindəki rəsmi konsulluq iqamətgahı qarşısında baş tutub. Mərasimdə Yeni Cənubi Uels (NSW) ştatının dövlət başçısı, polis departamentinin yüksək vəzifəli nümayəndələri, parlament üzvü Linda Voltz, Türkiyənin Baş Konsulu Belgin xanım Ergüneş, Təhsil Ataşesi Dr. Cem və rəsmi qonaqlar iştirak ediblər.

Anım mərasimində sayın Mikayil bəy Oyta türk şəhidlərinin abidəsi qarşısına gül çələngi qoyub, onların xatirələrini sayğı ilə anıb.

Qeyd edək ki, Türkiyənin Baş Konsulu Şarık Arıyak və Ataşe Engin Severin xatirəsinə keçirilən mərasim 2024-cü il dekabrın 17-də Avstraliyanın Sidney şəhərində keçirilib. Onlar 17 dekabr 1980-ci ildə erməni terror təşkilatının hücumu nəticəsində vəzifə başında şəhid olmuşdular.

Tədbirdən video və şəkilləri təqdim edirik:

https://t.me/GADTB1/39233

Həmçinin yoxlayın

SENTKOM İrana yeni hücum dalğası barədə məlumat verdi; Hörmüz boğazında ticarət gəmilərinə hücumlara cavab olaraq 80-dən çox hədəf vuruldu

GADTB: ABŞ Mərkəzi Komandanlığı (SENTKOM) yaydığı video ilə ABŞ qüvvələrinin İranda yeni hücum əməliyyatları mərhələsini …

Ərdəbildə üç azərbaycanlı fəala ittiham elan edilib; bir aylıq həbs qətimkan tədbiri seçilib

GADTB: Azərbaycanlı fəallar Siyamək Mirzayi, Əsgər Əkbərzadə və Əli Vasiqi 1405-ci il tir ayının 7-də …