Bazar ertəsi , Noyabr 16 2026
azfa

“Traxtur” komandasının baş məşqçisi komandadan ayrıldı

GADTB: Güney Azərbaycanın “Traxtur” futbol komandasının xrovatiyalı baş məşqçisi Draqan Skoçiç komandadan ayrılmaq qərarına gəlib.

Bu barədə idman mediası məlumat yayıb.

Məlumata görə, klubun israrlarına baxmayaraq, baş məşqçi fəaliyyətini dayandıracağı barədə qəti qərar qəbul etdiyini bildirib.

Bildirilib ki, buna səbəb komandanın kapitanı Şüca Xəlilzadə ilə Skoçiç arasında baş verən qarşıdurma olub:

“Kapitanın ondan üzr istəməsinə baxmayaraq, baş məşqçi qərarını dəyişməyəcəyini bildirib”.

Qeyd edək ki, bəzi ehtimallara görə isə Draqan İskoçiçin “Traxtur”dan ayrılmasına səbəb İrana hücum riskinin artmasıdır.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …