Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Ərdəbildə saxlanılan Turac və Nima Parsa adlı iki fəalın taleyindən tam xəbərsizlik davam edir

GADTAB: Ərdəbil şəhərindən olan iki fəal- Turac Parsa və Nima Parsa 1404-cü ilin 18 və 19 dey aylarında Ərdəbil şəhərinin Şəriəti meydanı ərazisində baş vermiş etiraz aksiyaları zamanı saxlanılıblar. Həbsdən bir aydan artıq vaxt keçməsinə baxmayaraq, onların saxlanılma yeri və hüquqi statusu barədə hələ də heç bir rəsmi və ya dəqiq məlumat yoxdur və hər iki şəxs tam xəbərsizlik şəraitində saxlanılır.

Ərdəbil şəhərində fəaliyyət göstərən mülki fəalların verdiyi məlumata görə, 35 yaşlı Turac Parsa, Ərdəbil sakini olaraq, 1404-cü ilin 19 dey tarixində etirazlar fonunda Ərdəbilə yaxın kəndlərdən birində təhlükəsizlik qurumlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən bir aydan artıq müddət keçməsinə baxmayaraq, ailəsinə və yaxınlarına saxlanıldığı yer, vəziyyəti və irəli sürülən ittihamlar barədə heç bir məlumat verilməyib.

Nima Parsa isə həmin etiraz günlərində Ərdəbil şəhərinin mərkəzində şəxsi işi ilə əlaqədar olaraq olduğu vaxtdan sonra, 1404-cü ilin 5 bəhmən tarixində təhlükəsizlik qüvvələrinin onun ata evinə hücumu nəticəsində saxlanılıb.

İndiyədək bu iki Ərdəbilli vətəndaşın taleyi barədə etibarlı və dəqiq məlumat mövcud deyil. Bu qeyri-müəyyənlik ailələrinin narahatlığını daha da artırmışdır.

Mənbələr və mülki fəallar bildirirlər ki, 1404-cü ilin 18 və 19 dey tarixlərində Ərdəbil şəhərində baş verən etirazlar zamanı ölənlərin təxmini sayı 300 nəfərdən çox, saxlanılanların sayı isə 200 nəfərdən artıq olub. Lakin saxlanılan və həyatını itirən şəxslərin böyük əksəriyyətinin kimliyi və taleyi barədə hələ də dəqiq məlumat yoxdur.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …