Bazar ertəsi , İyul 13 2026
azfa

Traxtur tərəfdarları stadionda türklərə qarşı irqçiliyin dayandırılmasını istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Traxtur komandasının tərəfdarları Təbrizin Səhənd Stadionda keçirilən yarış zamanı türklərə qarşı irqçiliyin dayandırılmasını istədilər

Azərbaycanlı tərəfdarlar üzərində ingiliscə “STOP RACISM AGAINST TURKS” (Türklər qarşı irqçiliyi dayandırın) şüarı yazılan kağızlar nümayiş etdirməklə irqçi fars rejim tərəfindən türklərə qarşı irqçilik və şovinizmin dayandırılmasını tələb ediblər.

Qeyd edək ki, bir həftə öncə Tehranın Azadi stadionunda Traxturla irqçi farsların Perspolis komandaları arasında keçirilən yarışda irqçi farslar Azərbaycan türklərini irqi şüarlar və söyüşlərlə tərbiyəsizcəsinə təhqir etmişlər. Bu isə Azərbaycanda ciddi etiraza səbəb olub.

İrqçi fars rejimin Futbol Federasiyası ilə daha bir qabaqdan gəlmişlik edərək Perspolisi və irqçi farsları cərimələk yerinə Traxtur komandasını cərimə edib.

Həmçinin yoxlayın

Təbrizin üç şirkətinin zərərçəkən investorları Tehranda etiraz aksiyası keçirdi; etirazçılar “Bayram vədi bəsdir, süfrəmiz boşdur” şüarı səsləndirdilər

GADTB: Təbrizin “Ayan”, “Lalə” və “Mümtaz” şirkətlərinin bir qrup zərərçəkmiş investoru Tehranda etiraz aksiyası keçirərək …

İran ərəb ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum etdi

GADTB: İranın qərb və mərkəzi bölgələrində yerləşən müxtəlif buraxılış məntəqələrindən regionun ərəb ölkələrinə qarşı genişmiqyaslı …

Bir cavab yazın