Cümə , Yanvar 3 2025
azfa

Traxtur tərəfdarları Tehranda “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı səsləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 18-də futbol üzrə İran Premyer Liqasının 22-ci mövsümünün yekun oyunları çərçivəsində Güney Azərbaycanın Traxtur komandası Tehranın “İstiqlal” komandası ilə qarşılaşıb.

Tehrnda stadiona gedən azərbaycanlı tərəfdarlar “Azadlıq, Ədalət, Milli Hökumət” və s. Milli şüarlar səsləndirilib.

5 zədəli oyunçu ilə meydana çıxan “Traxtur” 7-1 hesabı ilə məğlub olub. İran mediası bundan öncəki qarşılaşmada Təbriz klubunun “İstiqlal” üzərindəki qələbəsinə işarə edərək “Traxtur”un məğlubiyyətini sevinclə qarşılayıb.

Xəbər İran mediasında  “Traxtur”dan qısas alındı” kimi başlıqlarla yayılıb.

Qeyd edək ki, hazırda Tehranın “Perspolis” klubu 66 xalla turnir cədvəlində birinci, İsfahanın “Sepahan” klubu 65 xalla ikinci, Tehranın “İstiqlal” klubu 62 balla üçüncü yeri tutur.

Təbrizin “Traxtur” klubu isə 52 xalla dördüncü pillədədir.

Güney Azərbaycan klubunun “İstiqal”la oyuna 5 zədəli oyunçu ilə çıxması müzakirələrə səbəb olub.

Məğlubiyyətə baxmayaraq “Traxtur” azakeşləri sevimli klublarına möhətşəm dəsətk ifadə ediblər. Onlar “Azadi” satdionunda Azərbaycan ab-havası yaradıblar. Stadionda Azərbaycan bayraqları qaldırıb, milli şüarlar səsləndirilib.

https://www.youtube.com/shorts/w8gtfQMPjEo

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …