“Traxtur” və “Maşinsazi” futbol kublarının “Süngün” Mis Mədəni Şirkətinə verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın “Traxtur” və “Maşinsazi” futbol kubları “Süngün” Mis Şirkətinə verilib və bu barədə müqavilə də imzalanıb.

Yanvarın 4-də Təbrizin İran məclisindəki bir neçə deputatı, Milli Mis Şirkətinin rəis, İranın Sənaye, Mədən və Ticarət naziri və Şərqi Azərbaycan vilayətinin valisi Abdin Xurrəmin iştirakı ilə keçirilən toplantıda klubların “Süngün” Mis Mədəni Şirkətinin malikiyyətinə verilməsi barədə müqavilə imzalanıb.

 “Traxtur” klubunun hazırkı sahibi iş adamı Məhəmmədrza Zunuzinin toplantıya qatılmadığı bildirilir.

Qeyd edək ki, “Traxtur” klubu daxilində baş verən çəkişmələr, ixtilaflar və klubun yüksək məbləğdə borcunun yaranması Asiyada ən çox tərəfdarı olan komandada böhran yaranmasına səbəb olub. Bu isə haqlı olaraq tərəfdarların etirazı ilə qarşılaşmışdır.

Həmçinin yoxlayın

Bu gün Güney Azərbaycanda May Qiyamının ildönümüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanda May qiyamında 16 il …

İran rejimi Təbrizdə aşkarlanan qədim tarixi abidələri dağıdır-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Təbrizin Rastaküçə bölgəsində aşkarlanan qədim tarixi …