Şənbə , May 17 2025
azfa

“Traxtur”un çempionluğu münasibətilə 200 məhbus azad edildi

GADTB: Güney Azərbaycanın “Traxtur” komandasının çempionluğu münasibətilə Təbriz, Zəncan, Urmiya və Ərdəbil şəhərlərinin həbsxanalarında saxlanılan 200 məhbus sərbəst buraxılıb.

Bu barədə Təbrizin “Azərəncümən” nəşri məlumat yayıb.

Məlumata görə, ağır cinayətlər törətməyən və əsasən maddi problemlərə görə məhkum edilən məhbuslar, adı çəkilən şəhərlərin Ticarət Palatalarının başçılarının təşəbbüsü və azərbaycanlı xeyriyyəçilərin maliyyə dəstəyi ilə azad ediliblər.

“Traktor” klubu bununla bağlı yaydığı bəyanatda azərbaycanlı xeyriyyəçilərə təşəkkür edib, bunu nümunəvi hərəkət adlandırıb.

Həmçinin yoxlayın

Tramp: “İranın nüvə problemini 100% həll edəcəyik”

GADTB: ABŞ prezidenti Donald Tramp dünən “Fox News” telekanalına müsahibəsində deyib ki, İranın nüvə problemi …

Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirdi- Video

GADTB: Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirib. Etiraz Zəncan əyalətinin …