Şənbə , Sentyabr 19 2026
azfa

İran dövlət televiziyası türklərə qarşı təhqiramiz mətn nümayiş etdirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın dövlət televiziyası türklərə qarşı təhqiramiz mətn nümayiş etdirib.

“Nəsim” telekanalında yayımlanan “Bermud” proqramında türk millətinə qarşı  yenidən təhqiramiz ifadələr nümayiş etdirilib.

Proqramın aparıcısı Kamran Nəcəfzadə teleprompter (autocue) avadanlığını göstərir və onun haqqında danışır. Bu sırada teleprompterdə aşağıdakı sözlər yazılıb:

“Onların hər birində min türk qulamı var idi…”.

İran telekanalının bu faşist hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid atəşinə tutulub. Onlar bunun farsdilli cəmiyyətdə xroniki və bədxassəli xərçəng xəstəliyi kimi yayıldığını bildiriblər.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …