Cümə axşamı , İyul 9 2026
azfa

Türk Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünə Türkmənistan da qatılacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov 2021-ci ilin noyabrında İstanbulda keçirilməsi planlaşdırılan Türk Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 8-ci Zirvəsinə qatılacağını təsdiqləyib.

Qurbanqulu Berdimuhammedov Türkmənistana səfər edən Türk Şurasının baş katibi Bağdad Amreyevi qəbul edib.

Qəbulda çıxış edən Berdimuhammedov ölkəsini Türk dünyası ailəsinin ayrılmaz bir üzvü olaraq gördüyünü və illərdir Türk dövlətləri ilə qardaşlıq münasibətlərini davam etdirdiklərini  söyləyib.

Berdimuhammedov Türkmənistanın Türk Şurasının ortaq maraqlarına dair layihələrində iştirak etməyə hazır olduğunu bildirib və Türk dünyasında artan sürətin yaxın illərdə də davam edəcəyinə ümidvar olduğunu qeyd edib.

Türk Şurasına üzv ölkələrin prezidentləri ilə son təmaslarından bəhs edən Berdimuhammedov 2021-ci ilin noyabrında İstanbulda keçirilməsi planlaşdırılan zirvə görüşündə iştirak edəcəyini bildirib.

Türk Şurası Baş katibi Amreyev də Türk Şurasının 8. Zirvəsi üçün davam edən hazırlıqlar barədə məlumat verib və Berdimuhammedovun bu toplantıya qatılmasının Türk dünyasındakı birliyi nümayiş etdirəcəyini vurğulayıb.

Həmçinin yoxlayın

ABŞ hücumundan sonra Tehran–Məşhəd dəmir yolu xətti bağlandı

GADTB: ABŞ-nin gecə saatlarında endirdiyi zərbələrdən sonra Tehran-Məşhəd şəhərləri arasında sərnişin qatarlarının hərəkəti dayandırılıb. Məlumata …

ABŞ-ın son iki gündəki hücumları nəticəsində 14 nəfər həlak olub

GADTB: İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri bildirib ki, ABŞ-ın son iki gün ərzində …