Cümə , Fevral 7 2025
azfa

Türk Dövlətlərinin parlamentariləri bir araya gələcək

GADTB: Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Parlamentlərarası dostluq qruplarının toplantısı keçiriləcək. Toplantının İstanbulda keçirilməsi planlaşdırılır.

Məlumatı Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım da təsdiqləyib. O, toplantının detallarını açıqlayıb. Şamil Ayrım bildirib ki, toplantının 5-6 may tarixlərində keçirilməsi planlaşdırılıb:

“Türk Dövlətləri Təşkilatının (TDT) parlamentlərinin dostluq qruplarının İstanbuldakı görüşünü may ayının əvvəli üçün planlaşdırdıq. Hazırda gələcək cavabları gözləyirik. TDT üzvlərinə, Şimali Kipr Türk Respublikasına, Macarıstana dəvət məktubları yazdıq. Bu ayın sonuna kimi cavablar gələcək. Bundan sonra da gündəmi müəyyən edəcəyik. 5-6 may tarixləri üçün toplantının keçirilməsi planlaşdırılıb”.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy və Sara xanım Qəhrəmanmaraş zəlzələsində həyatını itirənlərin anım mərasimində – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi …

Molla rejimi Təbrizdə həbs etdiyi azərbaycanlı qardaşları işgəncə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT qüvvələri Təbrizdə həbs etdiyi …