Çərşənbə , Noyabr 18 2026
azfa

Türk Mədəniyyəti və İrsi Fondu bəyanat yaydı

GADTB: Türk Mədəniyyəti və İrsi Fondunun Fransada Azərbaycanın tanınmış şairəsi Xurşudbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına dair bəyanat yayıb.

Bəyanat:

Türk Mədəniyyəti və İrsi Fondu Fransada Azərbaycanın tanınmış şairəsi Xurşudbanu Natəvanın heykəlinə qarşı törədilmiş qeyri-etik hərəkəti şiddətlə qınayır, bunu qədim və zəngin ümumtürk mədəni irsinə qarşı törədilmiş vandalizm aktı kimi qiymətləndirir.

Türk Mədəniyyəti və İrsi Fondu bu kimi hərəkətlərin qarşısının alınması və dünyadakı Türk mədəni irs nümunələrinin qorunub saxlanmasına diqqətlə yanaşmağı tələb edir.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …