Türk ölkəsi Özbəkistan da koronavirusa görə sərhədləri bağlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 23-dən etibarən türk ölkəsi olan Özbəkistan hakimiyyəti koronavirusun yayılması ilə əlaqədar sərhədləri bağlayacaq.

Bu haqda məlumatı ölkənin Nazirlər Kabineti nəzdindəki əməliyyat qərargahı yayıb.

Məlumata görə, Özbəkistanı tərk edən digər ölkələrin vətəndaşları istisna olmaqla, sərhədlərin bütün vətəndaşlar üçün bağlanacağı qeyd olunur.

Hazırda Özbəkistanda 42 koronavirus infeksiyası qeydə alınıb.

Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya adlandırıb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və sayın Tofiq Zülfüqarovun “Media Türk TV”-də çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Türk Dövlətləri Təşkilatı İranın Naxçıvana hücumunu pislədi

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi …

Bir cavab yazın