Cümə axşamı , Aprel 25 2024
azfa

Türk Ölkələrin Parlament Assambleyası Antalyada topladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 8-də Türkiyənin Antalya şəhərində Türk Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələrin parlament sədrlərinin növbəti görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım TürkPA-nın hədəflərindən danışıb. Türkiyə parlamentinin sədri qeyd edib ki, əsas məqsədlərdən biri babalarımızdan miras qalan qardaşlıq dəyərlərini yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.

TürkPA-nın baş katibi Altınbek Mamayusupovu bu vəzifəyə seçilməsi münasibətilə təbrik edən Binəli Yıldırım əminliklə bildirib ki, yeni baş katib təşkilatın fəaliyyətinin daha səmərəli qurulması üçün böyük səylər göstərəcək. TBMM-in sədri noyabrın 21-22-də Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılan Türk Ölkələrinin Parlament Assambleyasının iclasında faydalı müzakirələrin aparılacağına, əhəmiyyətli qərarların qəbul olunacağına inamını ifadə edib. Binəli Yıldırım təşkilat üzvlərinin yaxın gələcəkdə Özbəkistan və Türkmənistanı da TürkPA sıralarında görmək istədiklərini söyləyib.

TürkPA-nın mərkəzi qərargahının Bakı şəhərində yerləşdiyini xatırladan Milli Məclisin sədri Oqtay Əsədov təşkilatın səmərəli fəaliyyəti üçün bütün şəraitin yaradıldığını bildirib. Azərbaycan parlamentinin sədri qeyd edib ki, bu il TürkPA-nın yaranmasının 10-cu ildönümü tamam olur. Ötən dövrdə TürkPA bir sıra beynəlxalq təşkilatların məşvərətçi üzvü olub və beynəlxalq aləmdə mövqelərini gücləndirib. Böyük perspektivə malik olan Türkdilli Ölkələrin Parlament Assambleyası bu müddətdə bir sıra mühüm layihələr həyata keçirib.

Sonra digər ölkələrin parlament rəhbərləri də TürkPA-nın fəaliyyəti ilə bağlı fikir və mülahizələrini bölüşüblər. Təşkilatın reallaşdırdığı layihələr yüksək dəyərləndirilib və əminlik ifadə olunub ki, TürkPA bundan sonra da fəaliyyətini dinamik məcrada davam etdirəcək.

 

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın