Cümə axşamı , Fevral 12 2026
azfa

Türk ordusu 90 məntəqəni kürd terrorçularından azad etdi


GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri Afrinin şimal-şərqindəki Uverkan kəndini terrorçulardan azad edib. Həmçinin Türkiyə ordusu Afrinin şimal-qərbindəki Qarababa kəndini də terror qruplaşmalarından azad edib. Ümumiyyətlə bu gün səhər saatlarında daha 3 yaşayış məntəqəsi PYD və YPG terrorçularından azad edilib.
Suriyanın Afrin bölgəsində davam edən “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri tərəfindən azad edilən yaşayış məntəqələrinin sayı 90-a çatıb.
Afrin əməliyyatının 33-cü günündə Türkiyə Silahlı Qüvvələri və ASO düzənlik ərazilərdə irəliləməyə davam edib. Türk ordusunun Gülbaba düzündəki Darmık dağında yerləşdirilən tank və artilleriya qüvvələri terrorçulara ağır zərbələr endirib.
Məlumata görə, endirilən zərbələrlə Darmık dağının arxasındakı terrorçu mövqeləri darmadağın edilib, bundan sonra ordu irəliləməyə davam edib.
Qeyd edək ki, Türkiyə “Zeytun budağı” əməliyyatında 1780 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Həmçinin yoxlayın

Həmədanda aşıq musiqisinin ağsaqqalı aşıq Xanmirzə vəfat edib

GADTB: Həmədan aşıq musiqisinin tanınmış və qabaqcıl nümayəndələrindən olan aşıq Xanmirzə Fetri bazar ertəsi günü …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Abbas Lisaninin vəziyyəti ağırlaşıb

GADTB: Son dəfə noyabrın 11-də tehranın Evin həbsxanasının qarşısında başqa bir neçə fəalla birlikdə həbs …

Bir cavab yazın