Türk pilotdan tarixə düşəcək qəhrəmanlıq – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində başladığı “Zeytun budağı” əməliyyatı 4-cü günündə davam edir. Əməliyyatda türk pilotlarının peşəkarlığı isə dünyanı heyrətləndirməkdədir.

Publika.az xəbər verir ki, pilotlardan biri PYD terror təşkilatına aid tuneli məhv edərkən hərb tarixinə keçəcək bir uğura imza atıb.

Xəbərə görə, silah-sursat anbarı kimi istifadə olunan tuneli yuxarıdan vura bilməyəcəyini anlayan pilot yerə 20 metrə qədər yaxınlaşaraq hədəfi məhv edir. Keçmiş döyüş pilotlarından olan Məsud Hakkı pilotun böyük risk etdiyini deyib. Onun sözlərinə görə, pilotun qərar verməsi üçün sadəcə 30 saniyəsi var idi.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …

Bir cavab yazın