Şənbə , Yanvar 17 2026
azfa

Türk yurdu Krımla bağlı Avropa Birliyi Rusiyanın 6 şirkətinə sanksiya tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa Birliyi qədim türk yurdu Krıma Rusiyadan körpünün tikintisində iştirak edən 6 Rusiya şirkətinə sanksiya tətbiq edib.

Bu barədə məlumat AB-nin rəsmi saytında yer alıb. Sanksiyaların “Mostorest”, “Stroyqazmontaj”, “Hiprostroymost İnstitutu – Sankt-Peterburq”, “Zaliv” gəmiqayırma zavodu, “Stroyqazmontaj – MOST” və VAD şirkətlərinə tətbiq edildiyi bildirilib.

Qeyd edək ki, “Stroyqazmontaj” şirkəti rusiyalı milyarder Arkadi Rotenberqə məxsusdur.

Rusiya qədim türk yurdu olan Krım yarımadasını Ukraynanın tərkibindən ayırıb, işğal edərək Rusiyaya birləşdirmişdir.

Həmçinin yoxlayın

WSJ: “ABŞ İranın Davosda görüş istəyini rədd edib”

GADTB: ABŞ administrasiyası İranın xarici işlər naziri Abbas Əraqçının Davosda amerikalı rəsmi ilə görüşmək istəyini …

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcək

GADTB: Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri 29 yanvarda Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni …

Bir cavab yazın