Türkiyə ABŞ konqresinin F-16 alınması məsələsinə müsbət yanaşdığını açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Konqresində F-16 qırıcılarının Türkiyəyə satışı ilə bağlı məsələlərə çox müsbət yanaşırlar.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Əfqan Ala ABŞ Konqresindəki görüşləri barədə danışarkən deyib.

“Türkiyənin müdafiə sənayesini gücləndirməyin NATO-ya da necə dəstək verəcəyi ilə bağlı müzakirələr apardıq. Eyni zamanda, regional və qlobal sülhə nə qədər tez dəstək verə biləcəyimizi onlarla paylaşdıq. Onlar da buna müsbət yanaşdıqlarını bildirdilər”, – partiya rəsmisi qeyd edib.

Ala vurğulayıb ki, Türkiyənin artan əhəmiyyətinin dünya getdikcə fərqindədir:

“Ankaranın problemlərə həlledici yanaşmasını təkcə biz deyil, həm də dünya görür. Bunu tərəfdaşlarımız da yüksək qiymətləndirir”.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …