Bazar , Oktyabr 18 2026
azfa

İran adlanan yerdə hakimiyyətə və onun yaratdığı bahalığa qarşı etirazlar davam edir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan yerdə əhali müxtəlif şəhərlərdə hökumət əleyhinə etirazlara davam edir.

Cümə günü axşam bir neçə əyalətdə, o cümlədən Lorestan, Çaharmahal və Bəxtiyari, Kohgiluye və Buyer-Əhməd, İsfahan, Fars və Gilan vilayətlərində etiraz aksiyaları keçirilib.

Əsasən, Brucerd, Durud, Farsan, İsfahan, Şiraz, Rəşt, Əndimeşk və s. şəhərlərdə küçələrə axışan əhali Xamenei və Rəisiyə qarşı şüarlar səsləndirib, molla rejiminin başlarının rədd olmasını tələb ediblər.

Lorestan əyalətinin bəzi şəhərlərindən yayılan videolarda polis güclərinin atışma səsləri eşidilib. Borucerd sakini video yayaraq təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açdığını deyib.

Əndimeşk şəhərində rejimin qüvvələri əhalini atəşə tutub.

https://www.youtube.com/shorts/6DOpxtPftPU
https://www.youtube.com/shorts/N5wLuoK2En0
https://www.youtube.com/shorts/qKTELE8RIr8

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …