Türkiyə Antarktidada elmi baza qurmağa çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə 2019-cu ildə Antarktidada elmi baza qurmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə tvitter səhifəsində yazıb. O qeyd edib ki, Antarktidada artıq 30 ölkənin obyektləri var.

Türkiyə Prezidentinin sözlərinə görə, ölkəsi Antarktidada elmi stansiyaya malik deyil, amma 2019-cu ildə vəziyyət dəyişəcək. Gələn il Antarktidada elmi baza quraşdırılacaq.

Xatırladaq ki, Türkiyə 1959-cu ildə Vaşinqtonda imzalanan Antarktida haqqında Müqavilənin iştirakçılarından biridir. Müqaviləyə əsasən, cənub qütb zonasında yalnız elmi fəaliyyətə icazə verilir. Hazırda Rusiya, ABŞ, Çin, Yaponiya, Yeni Zelandiya və Avropa ölkələri də daxil olmaqla, 50-dən artıq ölkə müqavilənin iştirakçısıdır.

Soyuq qitədə təxminən 90 daimi və mövsümi qütb stansiyası fəaliyyət göstərir.

 

Həmçinin yoxlayın

Tramp: Razılaşmaya çox yaxınıq, onlar nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər

GADTB: ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqlarla bağlı son açıqlamasında tərəflərin razılaşmaya “çox yaxın” …

ABŞ İranın dondurulmuş aktivlərini İran tərəfindən hücuma məruz qalan körfəz ölkələrinə verməyi düşünür

GADTB: ABŞ administrasiyası İranın Küveyt və Bəhreynə qarşı son raket və dron hücumlarının vurduğu ziyanın …

Bir cavab yazın