Çərşənbə , İyun 18 2025
azfa

Türkiyə Aralıq dənizində yeni təlimlərə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə yeni təlimlərə başlayıb. Ölkənin Hərbi Donanması ilə yanaşı, Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin də iştirak edəcəyi təlimlər Egey və Aralıq dənizlərinin Türkiyəyə aid ərazi sularında keçirilir.

Təlimlərdə pilotsuz uçuş aparatlarının (PUA) dəniz əməliyyatlarında operativ və taktiki sınaqlarının keçirilməsi, Hərbi Dəniz Qüvvələrinə bağlı qərargah, birlik və gəmilərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi nəzərdə tutulur.

Təlimlərə Hərbi Donanmanın 82 gəmi, 5 dəniz polisi təyyarəsi, 12 dəniz helikopteri, PUA-lar, “Amfibiya” dəniz piyada birlikləri və SAT/SAS qrupları, Quru Qoşunlarına aid helikopterlər, Hərbi Hava Qüvvələrinin F-16, F-4 qırıcı təyyarələri, eləcə də Havadan Xəbərdarlıq və Nəzarət (HİK) təyyarələri, Sahil Mühafizə Xidməti və digər qurumların qüvvələri də cəlb olunub.

Təlim fevralın 25-dən martın 7-dək davam edəcək.

Həmçinin yoxlayın

Ərdəbildə partlayışlar baş verib

GADTB: Bu gün Ərdəbil şəhərinin bəzi bölgələrində güclü partlayışların baş verdiyi bildirilib. Bəzi “Telegram” kanalları …

GADTB başqanı sayın Əjdər Tağızadənin “TV Musavat” kanalında “İranın nüvə obyektlərinə hücum: Tehran boşaldılır, Çin İrana təyyarələr göndərdi- İran ABŞ-ı vuracaq” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …