Bazar ertəsi , Yanvar 24 2022
azfa

Türkiyə martda 134 PKK/YPG-li terroçu zərərsizləşdirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mart ayında terror təşkilatı PKK/YPG-yə qarşı Türkiyə daxilində və xaricdə həyata keçirilən əməliyyatlarda 134 terrorçu zərərsizləşdirilib.

Gecə-gündüz, qar-qış demədən şəhər mərkəzlərində və kənd yerlərilə yanaşı ölkə xaricində də terrorçuları rahat qoymayan, əlverişsiz hava şərtlərinə baxmayaraq həftələrlə ərazidə qalıb əməliyyatlarını davam etdirən tənlükəsizlik qüvvələri terror təşkilatı YPG/PKK-ya mart ayında da ağır zərbə vurulub.

Mart ayında daxildə və xaricdəki hava və quru əməliyyatlarında 134 terrorçu zərərsizləşdirilib.

Əli qanlı terror təşkilatı PKK və gənclik təşkilatlanmasına qarşı mart ayında müxtəlif vilayətdə təşkil edilən əməliyyatlarda nəzarətə götürülən 222 şübhəlidən 74-ü həbs olunub. Digər şübhəlilərin isə polis və jandarmadakı iş proseduru davam edir.

Digər tərəfdən, 2021-ci ildə təlqin yolu ilə təslim olan terror təşkilatı PKK/KCK üzvlərinin sayı 31 mart tarixinə qədər 39-a yüksəlib.

Daxili İşlər Nazirliyi “Eren-5” əməliyyatı çərçivəsində 30 mart tarixində Mardində zərərsizləşdirilən 6 terrorçu arasında terrordan axtarılanlar siyahısında “qırmızı kateqoriyada” olan PKK-nın dırnaqarası Mardindən məsul şəxsi Həsən Mahmudi ilə “narıncı” kateqoriyadakı dırnaqarası Mardin Bagok sahəsindən məsul Teyyüb Çamın olduğu bildirilib.

Milli Kəşfiyyat Təşkilatı rəhbərliyi terror təşkilatı PKK/KCK-nın Suriya qolu PYD/YPG-nin sözdə briqada komandanı “Şeh Guyi” adlı terrorçu İbrahim Babatı Suriyadakı dəqiq həmlə əməliyyatı ilə yaxalayaraq Türkiyəyə gətirib.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …