Türkiyə-MDB ticarətinin böyük hissəsi Bakı-Tbilisi-Qars xətti ilə həyata keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinin “Apa” Xəbər Agentliyinə istinadən yaydığı məlumata görə, 2034-cü ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin illik ötürücülük qabiliyyəti 3 mln. nəfər sərnişin və 17 mln. ton yük olacaq. Bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan “Caspian Energy” jurnalına müsahibəsində bildirib.

“Uzunmüddətli perspektivdə biz il ərzində daşınan yüklərin həcmini 50 mln. tona çatdırmaq niyyətindəyik”, – deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, ilkin mərhələdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə il ərzində təxminən 1 mln. nəfər sərnişin və 6,5 mln. ton yük daşınacaq.

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti yükdaşımalar üçün ciddi potensiala malikdir. Bu dəmir yolu xətti ilə Azərbaycanın neft-kimya məhsulları dünya bazarlarına çıxarılacaq. Bundan başqa, biz düşünürük ki, Türkiyənin MDB ölkələri ilə xarici ticarətinin böyük bir hissəsi bu dəmir yolu xətti üzərindən reallaşdırılacaq”, – deyə Ə.Arslan vurğulayıb.

Həmçinin yoxlayın

Molla rejimi özünü təhlükədə görüb geri addım atdı; SEPAH komandanı İrana bağlı yaraqlılardan ABŞ-a qarşı təxribat etməmələrini istəyib

GADTB: “Əş-Şərq Əl-Əvsət” qəzeti xəbər verir ki,  SEPAH-ın Qüds qanasının komandanı İsmayıl Qaani İraqa son …

Urmiyadan qayıdarkən azərbaycanlı cütlük həbs edilib

K GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya Təbriz yolunda azərbaycanlı fəallar Ulduz Qasimi …

Bir cavab yazın