Bazar ertəsi , İyul 13 2026
azfa

Türkiyə öz milli qırıcılarını istehsal edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə özünün beşinci nəsil qırıcılarını istehsal edəcək. “Təqvim” qəzeti yeni təyyarənin TF-X adlandırılacağını yazıb.

TF-X 2023-cü ildən etibarən istehsal ediləcək. Bunun üçün Türkiyə Britaniya ilə birgə çalışır.

Məlumata görə, bu təyyarələr Türkiyənin hazırda arsenalında olan F-4 və F-16 qırıcılarını əvəzləyəcək.

Qeyd edək ki, Türkiyə arsenalındakı təyyarələri F-35-lərlə yeniləməyə çalışır. Razılaşmaya görə, Ankara ABŞ-dan 100 ədəd F-35 almalıdır. Türkiyənin Rusiyadan S-400 sistemləri alması isə ABŞ narazılığına səbəb olub və nəticədə ABŞ Nümayəndələr Palatası F-35-lərin Türkiyəyə verilməsinin müvəqqəti dayandırılmasını istəyib. Vaşinqtonun bu addımı Türkiyənin Rusiya istehsalı olan beşinci nəsil Su-57 qırıcıları alması məsələsini gündəmə gətirib.

 

Həmçinin yoxlayın

Təbrizin üç şirkətinin zərərçəkən investorları Tehranda etiraz aksiyası keçirdi; etirazçılar “Bayram vədi bəsdir, süfrəmiz boşdur” şüarı səsləndirdilər

GADTB: Təbrizin “Ayan”, “Lalə” və “Mümtaz” şirkətlərinin bir qrup zərərçəkmiş investoru Tehranda etiraz aksiyası keçirərək …

İran ərəb ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum etdi

GADTB: İranın qərb və mərkəzi bölgələrində yerləşən müxtəlif buraxılış məntəqələrindən regionun ərəb ölkələrinə qarşı genişmiqyaslı …

Bir cavab yazın