Cümə , Yanvar 21 2022
azfa

Türkiyə parlamenti Qazaxıstanla bağlı bəyanat qəbul etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Böyük Millət Məclisi Qazaxıstandakı hadisələrlə bağlı bəyanat yayıb.

Bəyanatı parlamentin sədri Mustafa Şəntop və AKP, MHP, CHP, İYİ Partiyasının qrup rəhbərləri imzalayıblar.

Bəyanatda Qazaxıstanda baş verən hadisələrin narahatlıqla izləndiyi, sülhün və əmin-amanlığın bölgə üçün də mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Eyni zamanda ictimai asayişin pozulması ilə müşayiət olunan hadisələr pislənilib, Türkiyə dövlətinin bundan sonra da Qazaxıstana hər cür dəstək verməyə davam edəcəyi vurğulanıb.

Həmçinin yoxlayın

İranla Ermənistan sərhəddə yarmarka açırlar

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Araz Azad İqtisadi Zonası Təşkilatının İdarə …

İran rejimi Təbriz metrosunun aldığı qatarı Şiraz metrosuna verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycana qarşı müstəmləkə və ayrıseçkilik …