Cümə , Yanvar 28 2022
azfa

Türkiyə türk dövlətləri Azərbaycan və Türkmənistan arasında memorandumu alqışlayır

 GADTB: “Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə Azərbaycan və Türkmənistan hökumətləri arasında Anlaşma Memorandumunun imzalanmasını alqışlayırıq”.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən yayılan açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, Türkiyə XİN bu Anlaşma Memorandumu vasitəsilə hər iki ölkənin dostluğunun daha da möhkəmləndirilməsini diləyir: “Qardaş Azərbaycan və Türkmənistan xalqlarına bu sazişin faydalı olmasını, bölgənin rifahının artırılması, sülh və sabitliyə töhfələr verməsini arzu edirik. Ümid edirik ki, bu razılaşma Türkiyə ilə Avropanın qalan hissəsinin enerji təhlükəsizliyini artıracaq layihələrə də yol açacaq”.

Qeyd edək ki, bu gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb

Həmçinin yoxlayın

İran Ermənistanla qızıl və almaz hasilatı sahələrində əməkdaşlıq edə bilər

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın Qızıl, Cəvahirat, Gümüş və Qiymətli …

Türkiyənin TOGG avtomobili “CES-in Ən Yaxşı 20 Brendi”ndən biri seçildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası …