Müzəffərəddin şah Qacar: “Azərbaycan mənim hərşeydən çox sevdiyim evimdir”

GADTB: Öz paytaxtında faktiki hakimiyyətə yeni başlayan Müzəffərəddin şahın (1896-1907-ci illərdə İranda Qacarlar sülaləsindən olan 5-ci Şah) ilk işi varislik məsələsini həll etmək idi.

Taxtın varisi, Tehrandan gələn teleqrafa görə, Müzəffərəddin şahın böyük oğlu, İtizadus-Soltane tituluna sahib olan, Məhəmməd-Əli-Mirzə elan edildi. Məhəmməd-Əli-Mirzə 25 yaşında bir gəncdir. İndiyə qədər o, Azərbaycan vilayətinin qoşunlarının komandanı idi, vilayətin ali rəhbərliyi isə, varis olduğu zaman Şahın əlində idi.

Müzəffərəddin şah Qacar oğluna Azərbaycan rəhbərliyini təhvil verdikdə, o rəhbərlik ki, Məhəmməd-Əli-Mirzə taxtın rəsmi varisi elan edildiyi zaman, şahın gedişindən bəri de-facto olduğu qədər də de-yure oldu, yeni şah oğluna çox xarakterik bir məktub ünvanladı. Mətni Təbrizdə nəşr edilən “Nasıri” qəzetində tapmaq olar.

Göründüyü kimi, yeni şah oğlunu xalqı qədər səmimi qəlbdən sevir və hakimiyyətinin dayanıqlığını terrorda və əhaliyə aşılanan qorxuda görən, Asiya despotlarının sisteminə görə hökmranlıq etmək fikrindən çox uzaq biri olduğunu göstərir. Budur bu qısa məktub:

“Tanrının istəyi bu idi ki, bu xalqı mənə əmanət edərək, məni onun çobanı etsin. Allah qarşısında borcluyam ki, bütün gücümü xalqımın xoşbəxtliyinə və firavanlığına sərf edim. Itizadus-Soltane mənim sevimli oğlumdur, Azərbaycan isə mənim hərşeydən çox sevdiyim evimdir. Buna görə də ən yaxşı evimi əziz oğluma həvalə edirəm. O hər bir azərbaycanlı üçün ata olmalıdır. Mən özüm otuz yeddi illik rəhbərliyim dövründə azərbaycanlılara ata kimi davrandım. Itizadus-Soltane mənim nümunəmlə hərəkət etməlidir”.

Неофициальная часть. М. Ш., Тифлис, 4-го июня 1896 г. // Кавказ, № 147. — Тифлис, 1896, 5 Июня.

Mənbə: turcomanica.blogspot.com

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …