Bazar ertəsi , İyul 20 2026
azfa

Türkiyədə erməni vəhşiliyini ifşa edən kitablar təqdim olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə erməni vəhşiliyini ifşa edən kitablar təqdim olunub.

Türkiyədə fəaliyyət göstərən İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, tanınmış tədqiqatçı-yazıçı Ziya Zakir Acar Ankarada oxucuları ilə bir araya gəlib.

Yazıçı Ankara Ticarət Palatasının konqres mərkəzində təşkil olunan sərgi-yarmarkada “Şahidlərin gözü ilə İğdırda ermənilərin törətdiyi soyqırımı”, “Can Araz”, “Türkiyədə yaşayan azərbaycanlılar”, “Araz Türk Cümhuriyyəti”, “Azərbaycan xalq mahnıları” və s. dəyərli kitablarını imza ilə oxuculara təqdim edib.

Qeyd edək ki, bu il ikinci dəfə kitabsevərləri bir araya gətirən Ankara kitab sərgi-yarmarkasında 265 nəşriyyat çap məhsullarını nümayişə çıxarıb.

Həmçinin yoxlayın

Ermənistandakı tikinti layihələrinin üçdə ikisini İran şirkətləri icra edir

GADTB: İran parlamentinin erməni millət vəkili Ara Şahverdyan bildirib ki, hazırda Ermənistanda həyata keçirilən texniki, …

İsrailin İran İslam Respublikası qarşısında son ssenariləri

GADTB: İsrail tam döyüş hazırlığı vəziyyətinə gətirilib və bu ölkəni İran İslam Respublikası ilə müharibəyə …

Bir cavab yazın