Cümə , Sentyabr 25 2026
azfa

Tramp Bağdadinin öldürülməsilə bağlı Türkiyəyə təşəkkür etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ hərbçiləri Suriyada İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadini zərərsizləşdirib.

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə xüsusi yardımına görə təşəkkür edib.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib: “Əməliyyat zamanı ABŞ hərbçilərindən heç kim xəsarət almayıb.

Rusiya, Türkiyə və İraqa təşəkkür edirəm. ABŞ hökuməti üçün çalışanlara təşəkkür edirəm. Dünən ABŞ üçün möhtəşəm gün idi. Bağdadi öldürüldü. Daha heç bir zaman məsum insanlara – uşaqlara, qadına və başqalarına zərər verməyəcək. Dünya daha təhlükəsiz duruma gəldi. Türkiyə hara getdiyimizi bilirdi. Onlar da möhtəşəm idi. Əməkdaşlıq etdik. Heç bir problem yaşamadıq. Gizli əməliyyat idi. Bizi vursaydılar, yox edərdik”.

Xatırladaq ki, Tramp bir qədər əvvəl “taleyüklü məsələ”yə dair tvit yazmışdı. ABŞ mətbuatı prezidentin bu tvitini İŞİD lideri Əbubəkr Bağdadinin öldürülməsi ilə əlaqələndirmişdi.

Həmçinin yoxlayın

Netanyahu: “İran hakimiyyəti öz xalqından qorxur”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …

Bir cavab yazın