Cümə , Dekabr 6 2024
azfa

Türkiyənin dəstəklədiyi Liviya milli hökuməti 3 yaşayış məntəqəsini azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin dəstəklədiyi Liviya Milli Razılıq Hökuməti qiyamçı Haftar ordusuna ağır zərbə endirib.

Liviya milli hökumət 3 yaşayış məntəqəsini Haftarın ordusundan azad edib.

Milli Razılıq Hökumətinə bağlı ordu rəsmisi Mustafa əl-Məcəi Tripolinin qərbindəki Əl-Cəmil, Əl-Uceylat və Rikdal yaşayış məntəqəsini geri aldıqlarını deyib.

Həmçinin Liviya hökuməti ölkənin şərqindəki qeyri-qanuni qüvvələrin başçısı olan Xəlifə Hafterə bağlı olan qüvvələrə məxsus hərbi helikopteri düşürüb. Misratanın cənubunda 35 milis zərərsizləşdirilib.

Liviyada ölkənin şərqindəki qeyri-qanuni qüvvələrin başçısına bağlı qüvvələrin paytaxt Tripolinin cənubundakı mülki yaşayış məntəqələrinə təşkil etdiyi bombalı hücumda bir uşaq və bir qadın həyatını itirib.

Ayn Zara bölgəsində bir evə raketin düşməsi nəticəsində 1 uşaq və 1 qadının öldüyü bildirilib.

Digər tərəfdən, Liviya hökuməti ölkənin şərqindəki qeyri-qanuni qüvvələrin başçısı olan Xəlifə Hafterə bağlı olan qüvvələrə məxsus hərbi helikopteri düşürüb. Misratanın cənubunda 35 milis zərərsizləşdirilib.

Liviyanın BMT tərəfindən legitimliyi tanınmış Milli Həmrəylik Hökumətinin sözçüsü podpolkovnik Məhəmməd Kununu’nun yazılı açıqlamasına görə, Tripoli hökumətinə bağlı hava qüvvələri paytaxt Tripolinin 200 km şərqindəki Misrata şəhəri yaxınlığında Hafter milislərinə məxsus Rusiya istehsalı olan “Mi-35” növ hərbi helikopteri düşürüb.

Çin istehsalı olan 2 pilotsuz uçuş aparatını (PUA) da düşürdüklərini bildirən Kununu helikepterdə olanların hamısının öldüyünü açıqlayıbi, ancaq helikopterdə olanların sayı haqqında məlumat verməyib.

 Milli Həmrəylik Hökumətinə bağlı “Qəzəb vulkanı” adlı əməliyyatın mətbuat mərkəzindən edilən açıqlamada Hafter milislərinin Veşka və Misrata şəhərinin cənubundakı Əbu Kureyn bölgələrinə hücum etdiyi bildirilib.

Hücumun qarşısının alındığı vurğulayan açıqlamada 35 Hafter milisinin zərərsizləşdirildiyi və çox sayda milisin əsir götürüldüyü ifadə edilib.

Həmçinin yoxlayın

Suriyada müxaliflər Həmanı azad etdi

GADTB: “Heyət Təhrir əş-Şam” qruplaşmasının üzvləri Suriyanın Həma şəhərinə daxil olduqlarını açıqlayıblar. Əsəd rejiminə məxsus …

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya hadisələri ilə bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Suriya …

Bir cavab yazın