Cümə axşamı , Oktyabr 29 2026
azfa

Türk ölkəsi Özbəkistandan Azərbaycana qardaş yardımı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin göstərişi ilə Türk Şurasının üzvü olan Özbəkistan Azərbaycanın koronovirus epidemiyasını qarşı mübarizə səylərini dəstəkləmək məqsədilə 200 min maska və repiratorların göndərilməsi barədə qərar çıxarıb.

Bu barədə Özbəkistan Respublikasının Baş Nazirinin müavini, iki ölkə arasında hökumətlərarası Komissiyannın Özbəkistan tərəfdən rəhbəri Sardor Umurzakovun Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Azərbaycan tərəfdən hökumətlərarası Komissiyannın rəhbəri Yaqub Eyyubova yazdığı məktubda məlumat verilir.

Məktubda qeyd olunur ki, Özbəkistan tərəfi ümid edir ki, bu yardım qardaş Azərbaycanda epidemiyanın qarşısının alınmasına bir töhfə olacaqdır. Özbək tərəfi bu çətin dövrdə Azərbaycan xalqına birlik və bərabərlik arzulayır.

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …

Bir cavab yazın