Çərşənbə , Aprel 22 2026
azfa

Türkiyənin “Karsan” şirkətinin istehsal etdiyi sürücüsüz avtobuslar istifadəyə veriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Norveçin Stavanqer şəhərində Türkiyənin “Karsan” şirkətinin istehsal etdiyi sürücüsüz avtobuslar istifadəyə veriləcək.

Türkiyənin “Karsan” şirkəti tərəfindən istehsal olunan səkkiz metr uzunluğa malik elektrik avtobusu 21 oturacaqdan ibarətdir. Mәlumata görә, avtobus ilk olaraq “Forus Biznes Parkı”nda sınaqdan keçirilir.

Məlumata görə, ümumi tutumu 50 sərnişinlik, özü idarə olunan avtobus 2022-ci ilin aprel ayından etibarən şəhərin mərkəzi rayonunda iki illik sınaqdan keçiriləcək.

Türkiyәnin sәnaye vә texnologiya naziri Mustafa Varank sözügedәn avtobusla bağlı rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

Avtobusu istehsal edәn şirkәti tәbrik edәn Mustafa Varank deyib: ‘‘Milli Texnologiya Hərəkatının daha bir qürurverici günü! Avropada ilk dəfə olaraq pilotsuz avtobus ictimai nəqliyyat sisteminə inteqrasiya olunacaq və şəhər nəqliyyatında istifadə ediləcək”.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …