Cümə axşamı , Aprel 30 2026
azfa

Türkiyənin Mosuldakı hərbi bazası raket atəşinə tutuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın Mosul şəhərinin şimal-şərqindəki Zlikandakı türk hərbi bazası son 2 gündə ikinci raket hücumuna məruz qalıb.

Bu barədə “Şəfəq” xəbər agentliyi İraqdakı təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

“Mosulun şimal-şərqindəki Türkiyə bazası ərazisinə 3 raket düşüb. Türkiyə artilleriyası cavab atəşi ilə cavab verib” – xəbərdə bildirilib.

Mənbənin məlumatına görə, bombardman nəticəsində bazada olan türk hərbçiləri xəsarət almayıb.

Qeyd edək ki, dünən səhər saatlarında Türkiyənin Zlikan bazasının ətrafı da raket atəşinə tutulub.

Həmçinin yoxlayın

Marağalı şair Barişmaz təxəllüslü Heydər Abbasi vəfat edib

GADTB: Azərbaycanlı şair Heydər Abbasi (Barişmaz) 83 yaşında Marağa şəhərində vəfat edib. Məlumata görə, 1322-ci …

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …