GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələri Ankarada terror aktından sonra Suriya və Şimali İraqda PKK mövqelərinə zərbələr endirir.
Əməliyyat nəticəsində terrorçuların 32 hədəfi məhv edilib.
Bununla bağlı açıqlama yayan Müdafiə Nazirliyi əməliyyatların qətiyyətlə davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, bu gün Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasında terror aktı törədilib. Nəticədə 5 nəfər şəhid olub, 19-ü isə yaralanıb