Çərşənbə , Aprel 30 2025
azfa

Türkiyə də daxil 15 ölkə yeni sistem yaradır

GADTB: Türkiyə də daxil olmaqla NATO üzvü olan 15 ölkə hava təhlükəsizliyi və müdafiəni gücləndirmək üçün iki yeni çoxmillətli hava hücumundan müdafiə təşəbbüsü ilə bağlı sənədə imza atıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Sənədi imzalayan ölkələr arasında Türkiyə ilə yanaşı, Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Yunanıstan, Latviya, Litva, Niderland, Norveç, Portuqaliya, Rumıniya, İspaniya və Böyük Britaniya da var.

Aşağı səviyyəli (150 metrdən aşağı) hava təhlükəsi və passiv hava müşahidəsi layihələri vasitəsilə iştirakçı ölkələr yeni imkanları inkişaf etdirməyə çalışacaq. Eyni zamanda daha az xərc və daha yüksək əməliyyat faydaları hesabına milli imkanlar arasında qarşılıqlı əlaqəni artırmağı hədəfləyəcək.

“Ukraynadakı müharibə göstərdi ki, kiçik pilotsuz uçuş aparatları kimi texnologiyalar nə qədər effektiv və təhlükəli ola bilər. NATO-nun bu yeni təhdidləri aşkar etmək, müəyyən etmək, izləmək və onlara cavab vermək qabiliyyətini artırması vacibdir. Bundan başqa, Alyansın çəkindirmə və müdafiəni gücləndirmək üçün texnoloji tərəqqidən yararlanması da mütləqdir”, – NATO-nun məsələ ilə bağlı açıqlamasında bildirilib.

Həmçinin yoxlayın

Muğanda azərbaycanlı ailə öz övladına “Güntay” adına doğum şəhadətnaməsi ala bilmir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində azərbaycanlı ailə öz pvladına “Güntay” adına doğum şəhadətnaməsi ala bilmir. …

Molla rerjimin həbs etdiyi azərbaycanlı fəal Kərim İsmailzadənin həyatı təhlükədədir

GADTB: irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal Kərim İsmailzadənin həyatı təhlükədədir. Azərbaycanın tanınmış hüquqşünas …