Bazar ertəsi , Noyabr 16 2026
azfa

Türkiyə dövləti: Krımın ilhaqınıtanımırıq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyә xarici işlәr nazirinin müavini Yavuz Selim Kıran Ukraynanın әrazi bütövlüyünü vә suverenliyini dәstәklәdiklәrini bildirib.

Yavuz Selim Kıran Krımın qeyri-qanuni ilhaqının 7-ci ildönümü münasibәtilә BMT Tәhlükәsizlik Şurasının onlayn qaydada tәşkil etdiyi  qeyri-rәsmi iclasa  qatılıb.

Yavuz Selim Kıran deyib: ‘‘Kırımdakı vәziyyәt regional tәhlükәsizlik üçün tәhlükә yaradır. Bu mövzu ilә bağlı açıq vә ardıcıl siyasәt izlәyirik. Ukraynanın әrazi bütövlüyünü vә suverenliyini güclü şәkildә dәstәklәyirik. Qeyri-qanuni ilhaqı tanımırıq. Bu mövzu ilә bağlı mövqeyimiz hüquqi tәmәllәrә әsaslanır. Ukrayna ilә olan әmәkdaşlığımız artan yüksәk sәviyyәli sәfәrlәr vә yaradılan ikitәrәfli mexanizmlәrlә inkişaf edir. Krım tatarları daxil olmaqla bütün cәmiyyәtlәr sülh vә rifah içindә yaşamaq hüququna malikdir’’.

Türkiyәnin üç milyondan çox tatar mәnşәli vәtәndaşa ev sahibliyi etdiyini vә tatarların tarix boyu ciddi çәtinliklәrlә üzlәşdiyini bildirәn Yavuz Selim Kıran bildirib ki, Türkiyә tatar xalqının yanındadır vә onlara lazımi dәstәyi verir.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …