Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Güney Azərbaycanda türkcə çəkilən “Qocalar ölməz” filminin nümayişinə başlanıldı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil bölgəsinin kəndlərinin birində Rza Cəmalinin rejissorluğu ilə Azərbaycan türkcə hazırlanan “Qocalar ölməz” filminin nümayişi artıq başlanıb.

Artıq bədii film bu gün Tehranda nümayiş etdirilməyə başlanıb və növbəti gülərdə Ərdəbil və Təbriz kinoteatrlarında da nümayiş etdiriləcək.

Qeyd edək ki, irqçi fars rejim və paniranistlər Azərbaycan türkcəsində filmlərin çəkilməsinə mane olmağa çalışırlar. Onlar hətta filmlərin adının da türkcə qoyulmasına qarşı çıxırlar. Lakin azərbaycanlı sənətçilərin fədakarlığı nəticəsində Güney Azərbaycanda Azərbaycan türkcəsində filmlərin çəkilməsi sürətlənib.

“Qocalar ölməz” filmi aşağıda qeyd olunan tarixlərdə nümayiş etdirilir:

Tehranda bu gün (martın 13-də) Muzey kinoteatrında

Ərdəbildə bazae ertəsi (martın 15-də) İnqilab kinoteatrında

Təbrizdə çərşənbə günü (martın 17-də) Setareye Baran kinoteatrında

Həmçinin yoxlayın

Molla rejimin cəlladlarından Hüseyn Taib etirazçıları raket zərbələri və qırğınla hədələdi

GADTB: SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Taib dinc etirazçıları İsraillə eyni sıraya qoyaraq, dolayısı …

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …