Bazar , Oktyabr 18 2026
azfa

Təbrizdə şirkət işçiləri etiraz olaraq tətil keçirirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın  Təbriz şəhərində yerləşən avtomobil hissələri istehsal edən “Çərxeşgər” şirkətinin işçiləri etiraz olaraq tətilə başlayıblar.

Azərbaycanlı işçilərin etirazına səbəb odur ki, 10 gün öncə şirkət rəsmiləri onların tələblərinin həlli üçün lazımi tədbirlər görəcəklərinə söz versələr də, heç bir addım atmayıblar.

Bildirilib ki, işçilər rəsmilərlə bir neçə dəfə danışıqlar aparsalar da, heç bir nəticə əldə edə bilməyiblər.

Qeyd edək ki, şirkət rəhbərliyi təxribat xarakterli addım ataraq, işçilərin günortadan sonra əlavə iş saatlarına görə ödənişlərini də dayandırıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …