GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə İrandan ikiqat güclü olmasına etiraf edən tanınmış iranlı iqtisadçı, Xarəzmi Universitetinin professoru Vəhid Şəqaqi Şəhri deyib ki, İran regionda iqtisadi sahədə söz sahibi olmaq istəyirsə, 10 il müddətində təxminən 12% iqtisadi artıma ehtiyacı var.
“Türkiyə və Səudiyyə Ərəbistanının iqtisadiyyatı sürətlə inkişaf edir və bu sahədə İranla olan məsafəni artırır. İran demək olar ki, bölgədən təcrid olunur”, – iqtisadçı qeyd edib.
O, Türkiyə iqtisadiyyatının İrandan iki dəfə güclü olduğunu bildirib və son 10 ildə bu fərqin sürətlə artmaqda olduğu barədə xəbərdarlıq edib.