Çərşənbə , Sentyabr 23 2026
azfa

Türkiyədən Fransanın terroru dəstəkləməsinə sərt cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilib ki, NATO üzvü Fransanın əliqanlı PKK/YPG terror təşkilatının nümayəndələrini qonaq etməsi parlamentin nüfuzuna xələl gətirib.

“Bu hərəkət müttəfiqlik ruhuna zidd olduğu kimi, NATO-nun terrorla mübarizəsini də zəiflədir”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, PKK-nın Suriyadakı qolu YPG və onun qadın təşkilatının nümayəndələri Nuri Mahmud və Ruksan Məhəmməd Fransa Senatında keçirilən Novruz ziyafətində “Şərəf” medalı ilə təltif ediliblər.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …