Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Türkiyə ordusu 260 terrorçunu məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində azı 260 kürd terrorçusu məhv edilib. Bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.  

Məlumata görə, yanvarın 23-də terrorçularla döyüş zamanı bir hərbçi həlak olub, daha bir nəfər isə yaralanıb. Əməliyyatın planlı şəkildə davam etdirildiyi bildirilir.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın