GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyadan əldə edilən “S-400” zenit-raket sistemləri yalnız Türkiyəni deyil, həm də Avropa İttifaqı və NATO ölkələrini qoruyacaq.
Bu haqda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik bildirib.
O qeyd edib ki, Ankara hava hücumuna qarşı müdafiə sisteminin gücləndirilməsi üzrə variantlarını axtarmağa idi, çünki ABŞ-ın təklif etdiyi “Patriot” sistemlərinin alınmasına dair şərtlər Ankaranı qane etməyib.
AKP-nin sözçüsü NATO-nu ikili standartlarda ittiham edib. O bildirib ki, Yunanıstan Rusiyanın “S-300” sistemlərini hər hansı problem olmadan alsa da, Ankaranın “S-400”-ləri əldə etməsi çətinliklərlə qarşılaşır.
Ömər Çelik təsdiqləyib ki, “S-400”-lər bu ilin iyulunda Türkiyədə yerləşdiriləcək.