Cümə axşamı , Yanvar 2 2025
azfa

Türkiyə Şimali Qıbrısda icazəsiz sülhməramlı yerləşdirilməsinə etiraz edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi Şimali Qıbrısla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, Şimali Qıbrısın icazəsi olmadan adada məskunlaşan BMT Sülhməramlılarının səlahiyyət müddətinin daha 6 ay uzadılması barədə qərar ən mühüm nöqsandır.

Bəyanatda Kipr probleminin əsl səbəbinin yunanların adanın gücü və zənginliyini türklərlə paylaşmaqda istəksiz olması göstərilib. Bildirilib ki, bu durum dəyişmədikcə və siyasi bərabərliyə əsaslanan ortaq bir zəmin və həll perspektivi olmadan iki tərəf arasında nəticə verəcək danışıqların aparılması mümkünsüzdür.

Qeyd edək ki, ötən gün BMT Qıbrısdakı sülhməramlıların səlahiyyət müddətinin daha 6 ay artırılması barədə məlumat yayıb.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …

Bir cavab yazın