
GADTB: Türkiyədən Suriyaya internetin təmin edilməsi istiqamətində işlər aparılır.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu Suriyada bu ölkənin nəqliyyat naziri Yarub Süleyman Bədirlə görüşündə deyib.
“Suriyaya internet dəstəyi göstəriləcək”, – Uraoğlu bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq davamlı olacaq və ümumi gələcəyin qurulmasına və möhkəmləndirilməsinə yönəldiləcək.