Çərşənbə , Sentyabr 23 2026
azfa

Türkiyə Şuşa Bəyannaməsi ilə bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şuşa bəyannaməsi xalqlarımızın gələcəyi üçün çox önəmlidir, belə ki bu bəyannamə ilə Azərbaycan və Türkiyə arasında olan əlaqələr daha fərqli bir müstəviyə çıxır.

Bunu Türkiyə Prezident Administrasiyasından bildiriblər.

“Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə əlaqələrinin dünəninin, bugününün bütün sahələrini əhatə edərək bu əlaqələri sağlam təməlləri üzərində gələcəyə aparan bəyannamədir”, – deyə administrasiyadan bildirilib.

Prezident Administrasiyasından onu da qeyd ediblər ki, bəyannamayə əsasən Azərbaycan və Türkiyə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər.

Xatırladaq ki, ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənib.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …