GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Krımdakı hadisələri yaxından izləməyə davam edəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Krımın Rusiya tərəfindən ilhaqının 7-ci ildönümü ilə bağlı yaydığı bəyanatda bildirilib.
“Türkiyə Krımın ilhaqını tanımır, Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”, – bəyanatda qeyd olunub.
Qeyd edək ki, Krım yarımadası tarixi türk torpağıdır və Rusiya buranı işğal etdikdən sonra Krım tatarlarını soyqırım və departasiyaya məruz qoyub. Son illərdə isə Ukraynanın tərkibində olan Krımı Rusiya yenidən işğal edərən öz ərazisinə ilhaq edib.