Çərşənbə , Oktyabr 21 2026
azfa

Türkiyədə koronavirusa qarşı fərqli vaksin hazırlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə koronavirusa qarşı mübarizədə yeni peyvənd hazırlayıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib. O bildirib ki, “İntranazal“ adlı yeni peyvənd sprey formasındadır və buruna qəbul edilir. Bu dünyada ilk sayılır. Səhiyyə nazirinin sözlərinə görə, yaxın günlərdə peyvəndin ilk sınaq mərhələsi başlayacaq. “İntranazal“ ümumilikdə 3 sınaq mərhələsindən keçəcək.

Bildirilir ki, sprey formasında olan peyvəndin istehsalı asandır. Qısa müddət ərzində yüksək miqdarda peyvənd istehsal etmək mümkündür.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …